Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bərdənin İcra başçısı birbaşa efirə zəng etdi 

Xoşqədəmin verilişində məmur tənqidinə dərhal reaksiya...

Ötən gün “Səni axtarıram” verilişində Xoşqədəm Hidayətqızı studiyaya kömək üçün gələn 5 uşaqlı gənc ailənin probleminə laqeyid qalan Bərdə Rayon İcra Hakimiyyətindən və başçısının fəaliyyətindən şikayətlənib.

Xoşqədəm ötən həftənin cümə günündən Bərdənin İcra Hakimiyyəti ilə heç cürə əlaqə qura bilmədiklərini deyib. Hətta problem təkcə bu ailə ilə bitməyib. Sözügedən dövlət qurumunun və İcra Başçısı Vidadi İsayevin iki övladı əlindən alınan Ruhiyyənin taleyinə səssiz qalması studiyada oturanları da dilə gətirib:

Xalq artisti Şeyx Əbdül Mahmudov: “Vidadi müəllimin ya işıqları sönüb, ya da televizoru xarabdı. Cənab prezident Yevlaxla Xaçmaza İcra başçısı təyin edəndə, açıq efirdən dedi: “məndə məlumatlar var ki, yerli icra hakimiyyətləri göstərişlərimə əməl etmir, səhv məlumatlar verirlər. Mən səhih məlumatları vətəndaşlardan və mediadan alıram və sizi xəbərdar edirəm”. Vidadi müəllim, aç o televizoru, yoxdusa, xahiş edirik, mətbuatda tap oxu”.

Daha sonra Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev canlı efirə zəng edib və çoxuşaqlı ailənin səsləndirdiyi iddialarla bağlı Xoşqədəm Hidayətqızının suallarını cavablandırıb. İcra başçısı açıqlama zamanı studiyaya gələn şikayətçini yaxşı tanıdığını və səhv məlumat verdiyini təfərrüatlı izah edib.

Qeyd edək ki, 1959-cu il təvəllüdlü Vidadi İsayev Azərbaycan Respublikası Prezidentinin 3 mart 2011-ci il tarixli Sərəncamı ilə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ən çox oxunanalar